
“Kalaşnikov” avtomatının AK-12 və AK-15 modellərinın sınaqları yekunlaşır.
“AzeriDefence”nin məlumatına görə, bunu istehsalçı müəssisə olan “Rostex” şirkətinin nümayəndəsi Sergey Abramov bildirib.
O deyib ki, silahlar Rusiya Ordusunun hərbçisinin “Ratnik” ekipirovkasının kompanenti olaraq daxil ediləcək.
AK-12 və AK-15 bu ilin ikinci yarısında ordunun istismarına veriləcək.
Bununla bağlı Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalanacaq.



