Kamikadze tipli KUB PUA-ların Rusiya Müdafiə Nazirliyinə çatdırılması tamamlanıb

Kamikadze tipli KUB PUA-ların Rusiya Müdafiə Nazirliyinə çatdırılması tamamlanıb

“Kalaşnikov” konserni kamikadze tipli KUB pilotsuz uçuş aparatlarının (PUA) Rusiya Müdafiə Nazirliyinə çatdırılmasını tamamlayıb.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, bununla da KUB PUA-ların tədarükünü ehtiva edən 2023-cü il üzrə dövlət müdafiə sifarişi tam olaraq yerinə yetirilib.

Tədarüklə bağlı fikirlərini bölüşən “Kalaşnikov”un prezidenti Alan Luşnikov qeyd edib ki, konsernin PUA seqmentində imkanları fəal şəkildə artırılır.

Konsernin prezidenti bu çərçivədə istehsalın genişləndirildiyini, müasir avadanlıq alındığını və iş proseslərinin optimallaşdırıldığını bildirib.

CATEGORIES
TAGS