Kanada Ukraynaya əlavə NASAMS ZRK-lər verib

Kanada Ukraynaya əlavə NASAMS ZRK-lər verib

Kanada Ukraynaya əlavə NASAMS zenit-raket kompleksləri (ZRK) və onlar üçün raketlər tədarük edib.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Telegram” kanalında məlumat paylaşıb.

Qeyd edək ki, orta mənzilli zenit-raket kompleksi olan NASAMS Norveçin “Kongsberg” və ABŞ-ın “Raytheon” şirkətləri tərəfindən birlikdə istehsal edilir. NASAMS, son illərdə NATO ölkələri tərəfindən ən çox satınalınan hava hücumundan müdafiə sistemidir.

CATEGORIES
TAGS