
ABŞ-ın “Otherlab” şirkərti karton materialdan bir dəfə istifadə üçün nəzərdə tutulan pilotsuz uçuş aparatı (PUA) yaradıb.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, PUA-nın poliqon şəraitində sınaqlarının keçirilməsinə başlanılıb.
İlkin testlərdə PUA uçuş əməliyyatlarını – qalxma və enməni rahat şəkildə həyata keçirə bilib. Sınaq uçuşlarının ilkin mərhələsi müsbət dəyərləndirilib.
PUA-nı yaradan mütəxəssislər bildirir ki, bəzi xüsusi əməliyyatlarda dronların məhv olması ehtimalı yaranır. Belə şəraitdə bahalı materialdan və külli miqdarda pula başa gələn PUA-ların həmin məntəqəyə göndərilməsi məqsədəuyğun sayılmır. Bu vəziyyətdə karton PUA-larda istifadə daha uyğun hesab oluna bilər.
Hazırda şirkətin mütəxəssisləri kağız PUA-nın üzərinə kameranın inteqrasiya olunması üzərində işləyirlər.




