Xəbərlər
“Katmerciler” zirehli maşınların ixracına dair yeni müqavilə bağlayıb

Türkiyənin “Katmerciler” şirkəti daha bir Afrika ölkəsinə müxtəlif zirehli döyüş maşınları ixrac edəcək.
“Poliqon”un məlumatına görə, bu barədə “Katmerciler” şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim etdiyi xəbərdə bildirilib.
“Katmerciler” adı açıqlanmayan Afrika ölkəsi ilə zirehli maşınların tədarükünə dair 6 milyon 320 min ABŞ dollar dəyərində ixrac müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən “Katmerciler” tərəfindən istehsal olunacaq zirehli maşınların sifarişçiyə çatdırılması 2022-ci ildə başa çatacaq.
Qeyd edək ki, “Katmerciler” şirkəti bundan əvvəl Latın Amerikası və Afrika ölkələrinə zirehli döyüş maşınları ixrac edib.
Rizvan Fikrətoğlu




