
Kəlbəcər və Daşkəsəndə yeni aşkar olunan minalar zərərsizləşdirilib
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərn və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
CATEGORIES Xəbərlər