![Kərim Vəliyev ABŞ-ın hərbi attaşesi ilə görüşüb Kərim Vəliyev ABŞ-ın hərbi attaşesi ilə görüşüb](https://poliqon.az/wp-content/uploads/2022/11/567905d97561548b7b834840c4add9db.jpg)
Kərim Vəliyev ABŞ-ın hərbi attaşesi ilə görüşüb
Noyabrın 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki hərbi attaşesi polkovnik Kayl Metyu Koun ilə görüşüb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
TAGS Manşet