Müdafiə

Kərim Vəliyev Komando hərbi hissəsini ziyarət edib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev işlğaldan azad edilmiş ərazidəki Komando hərbi hissəsini ziyarət edib.

“Poliqon” xəbər verir ki, bundan başqa general-polkovnik Kərim Vəliyev Şuşada xidmət edən hərbi qulluqçularla da görüşüb.

General-polkovnik K.Vəliyev hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması barədə tapşırıqlar verib.

Poliqon.az

Back to top button