HavaXəbərlər

KGK-82 tuşlama dəsti suüstü hədəfi dəqiqliklə vurdu

“Akıncı” pilotsuz uçuş aparatından KGK-82 qanadlı tuşlama dəstinin atışı həyata keçirilib.

“Poliqon” ASELSAN şirkətinə istinadən xəbər verir ki, sınaq zamanı KGK-82 suüstü hədəfi dəqiq şəkildə vurub.

KGK-82, 500 lb sinifinə aid MK-82 aviasiya bombasını yüksək dəqiqliyə və uzun mənzilə malik “hava-yer” tipli ağıllı sursata çevirən qanadlı tuşlama dəstidir. KGK-82 istənilən hava şəraitində fəaliyyət göstərə bilir və uzun məsafədən buraxıldıqda döyüş təyyarəsinin düşmən hava məkanına daxil olmadan yüksək dəqiqliklə hədəfi vurmasına imkan yaradır.

Sistemin maksimal uçuş məsafəsi döyüş təyyarələri üçün 100 kilometrə, pilotsuz uçuş aparatları (PUA) üçün isə 65 kilometrə qədərdir. İşləmə hündürlüyü döyüş təyyarələrində 0-dan 40 min futa qədər, PUA-larda isə 0-dan 30 min futa qədər dəyişir. Zərbə dəqiqliyi çox yüksək olub, hədəfdən dairəvi sapma ehtimalı 10 metrdən azdır. İdarəetmə sistemi INS və GNSS sistemlərinin birgə istifadəsinə əsaslanır.

Fiziki baxımdan KGK-82-nin ümumi çəkisi (bomba ilə birlikdə) təxminən 345 kiloqramdır. Uzunluğu 2580 millimetr, diametri isə 700 millimetr təşkil edir. O, əsasən, F-4 “Phantom II”, F-16 “Fighting Falcon”, “Akıncı” və Su-25 kimi aviasiya vasitələri tərəfindən istifadə olunur.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 təyyarələri də KGK-82 qanadlı tuşlama dəsti ilə silahlandırlıb.

Back to top button