QuruXəbərlər

KONGSBERG Küveytə NASAMS sistemləri tədarük edəcək

Norveçin KONGSBERG şirkəti Küveyt Silahlı Qüvvələrinə NASAMS hava hücumundan müdafiə (HHM) sistemləri tədarük edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə KONGSBERG şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, KONGSBERG ABŞ-ın Xarici Hərbi Satış (FMS) proqramı vasitəsilə Küveytə NASAMS HHM sistemlərinin tədarükü üçün “Raytheon” şirkəti ilə müqavilə imzalayıb. Proqramın KONGSBERG üçün dəyəri təxminən 400 milyon ABŞ dolları təşkil edir.

Küveytin çoxqatlı hava hücumundan müdafiə arxitekturasının inteqrasiya olunmuş hissəsinə çevriləcək NASAMS, ölkənin əhalisini, kritik infrastrukturlarını və strateji obyektlərini geniş spektrli hava təhdidlərindən qorumaq qabiliyyətini gücləndirəcək.

NASAMS sistemi həm “Raytheon”, həm də KONGSBERG tərəfindən təqdim olunan sistem komponentlərindən ibarətdir. NASAMS-ın modul quruluşu və açıq arxitekturası yeni texnologiyaların davamlı şəkildə sistemə inteqrasiyasına imkan verir ki, bu da onun istismar müddəti ərzində yeni təhdidlərə və müxtəlif missiyalara uyğunlaşmasını təmin edir.

Back to top button