Xəbərlər

Külli miqdarda narkotik vasitə, psixotrop maddə və onların prekursorları məhv edilib

İyun ayının 11-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilib.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Tədbir zamanı DSX tərəfindən 24 məhkəmə hökmü üzrə qanunsuz dövriyyədən çıxarılan 326 kiloqram 406,518 qram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, 15038 ədəd müxtəlif tərkibli həb məhv edilmə prosesi üçün komissiya üzvlərinə təqdim edilib.

Back to top button