“Kurqanmaşzavod” zirehli döyüş maşınlarının istehsalını 20 faiz artırıb

“Kurqanmaşzavod” zirehli döyüş maşınlarının istehsalını 20 faiz artırıb

Rusiyada “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin “Kurqanmaşzavod” müəssisəsi dövlət sifarişi əsasında zirehli döyüş maşınlarının istehsalını 20% artırıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi məlumat yayıb.

Bildirilib ki, xüsusilə istehsalı artırılan məhsullardan biri BMP-3 piyada döyüş maşınlarıdır. Həmçinin, 2024-cü ilin aprelindən etibarən “Kurqanmaşzavod” müəssisəsi dövlət sifarişi çərçivəsində BMD-4M zirehli transportyorlarının Rusiya Ordusuna göndərilməsinə başlayıb. Bütün zirehli texnikalar görünürlüyü azaldan və yuxarı yarımkürəni qoruyan əlavə mühafizə dəstləri ilə təchiz edilib.

CATEGORIES
TAGS