
Ukraynada yeni yaradılan “Leleka-100” pilotsuz uçuş aparatının (PUA) sınaqlarına başlanılıb.
“AzeriDefence”nin Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, testlər Silahlı Qüvvələrin Dövlət Elmi-tədqiqat Mərkəzində keçirilir.
“Leleka-100” müasir aviasiya və radioelektron qurğularla təchiz olunub. Radar sistemlərinin PUA-nı aşkar etmək şansı da aşağıdır.
“Leleka-100”ün digər texniki xüsusiyyətləri barədə isə əlavə məlumat verilməyib.





