Xəbərlər

“Leleka-100” PUA silahlanmaya qəbul edilib

Ukraynanın Müdafiə naziri Andrey Taran “DEVIRO” İstehsalat və İnnovasiya Şirkəti tərəfindən istehsal olunan “Leleka-100” (Leylək) kiçik əməliyyat-taktiki kəşfiyyat PUA-nın Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilməsi barədə 114 saylı əmr imzalayıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Beləliklə, Dnepr silahçılarının layihəsi bütün dövlət sınaqlarından keçən və Ukrayna hərbçiləri tərəfindən qəbul edilən yerli pilotsuz sistemlərin üçüncüsü olmuşdur.

“Ukroboronprom” Dövlət Korporasiyasının tərkibinə daxil olan S.P.Korolyov adına “Meridian” ASC tərəfindən yaradılan “Spectator-M1” PUA 2019-cu ilin iyun ayında silahlanmaya ilk qəbul edilən yerli PUA-dır. İkinci yerli PUA “Ukrayna Müdafiə Müəssisələri Liqası” İctimai Birliyinə daxil olan özəl “Atlon Avia” Elmi-İstehsalat Müəssisəsi tərəfindən istehsal olunan və 2020-ci ilin aprel ayında silahlanmaya qəbul edilən A1-SM “Furiya” PUA-dır.

Qeyd edilməlidir ki, “Leleka-100″ PUA artilleriya korrektəedici A1-SM “Furiya” PUA ilə birlikdə Ukrayna Silahlı Qüvvələrində ən populyar pilotsuz uçuş vasitələrindən biridir. Ümumilikdə, Ukrayna ordusuna 300-dən çox bu tip PUA verildiyi məlumdur.

Əhəd Əzizov

Back to top button