“Leonardo” AW-189 helikopterinin tədarükünü davam etdirir

“Leonardo” AW-189 helikopterinin tədarükünü davam etdirir

İtalyanın “Leonardo” şirkəti Nigeriya Hərbi Hava Qüvvələrinin (HHQ) sifarişi əsasında istehsal edilən ilk AW-189 helikopterini sifarişçiyə təhvil verib.

“Poliqon” Nigeriya mətbuatına istinadən xəbər verir ki, artıq helikopterin uçuş testləri keçirilib və istismara qəbul edilib.

İtaliya və Nigeriya arasında imzalanmış müqavilə çərçivəsində 2 ədəd VİP AW-189 çoxməqsədli helikopterin sifarişçiyə çatdırılması nəzərdə tutuıub.

Müqaviləyə əsasən ikinci AW-189 helikopterinin yaxın vaxtlarda Nigeriya HHQ-yə təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycanda da xidmət göstərən AW-189 helikopteri dünyanın 60-dan çox ölkəsində istifadə olunur.

2011-ci ildən istehsal olunan AW-189 helikopterləri əsasən yükdaşımalarda, o cümlədən ofşor daşımalar, fövqəladə tibbi xidmətlər, axtarış-xilasetmə əməliyyatları və VİP xidmətlər üçün istifadə olunur.

AW-139 helikopteri 15 nəfəri daşıya bilir. Uzunluğu 13,77 metr, maksimal sürəti saatda 310 km təşkil edir.

Poliqon.az

CATEGORIES
TAGS