“Leonardo” Britaniyada AW149 helikopterləri istehsal edəcək

“Leonardo” Britaniyada AW149 helikopterləri istehsal edəcək

İtaliyanın “Leonardo” şirkəti ən son nəsil çoxməqsədli AW149 helikopterlərini Böyük Britaniyanın cənubunda yerləşən “Yeovil” zavodunda istehsal edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə şirkət rəsmiləri Böyük Britaniyada keçirilən “Farnborough-2022” aviasiya sərgisində bildiriblər.

Şirkət yeni AW149 helikopterlərində istifadə ediləcək hissələri 2022-ci ilin dördüncü rübündə zavoda çatdıracaq.

İtaliya şirkəti AW149 helikopterlərini 2025-ci ilə qədər istifadəyə vermək niyyətindədir.

Qeyd edək ki, “Leonardo” şirkəti “Yeovil” zavodunda daha əvvəl AW189 helikopterləri istehsal edib.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş