Xəbərlər
“Leonardo” Küveytə 28 ədəd “Eurofighter Typhoon” qırıcıları tədarük edəcək

Küveyt dördüncü nəsil “Eurofighter Typhoon” qırıcıları alır.
“Poliqon” “Leonardo” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dəyəri 8 milyard avro olan müqaviləyə əsasən Küveyt Silahlı Qüvvələrinə ümumilikdə 28 ədəd “Eurofighter Typhoon” qırıcıları tədarük ediləcək.
Sifarişə əsasən “Eurofighter Typhoon” təyyarələrindən 22 ədədi bir yerli, 6 ədədi iki yerli olaraq istehsal edilməsi nəzərdə tutulub.
Müqaviləyə həmçinin ehtiyat hissələr, avadanlıqlar, silahlar və bir sıra xidmətlər daxildir.
Ədəd Əzizov
Poliqon.az




