
“Leonardo” şirkəti “Iveco Group” şirkətinə məxsus müdafiə bölmələrini (“Iveco Defence Vehicles” və ASTRA) satın alıb.
“Poliqon”un “Leonardo”ya istinadən verdiyi məlumata görə, satınalmanın ümumi dəyəri 1.6 milyard avro təşkil edir.
Bildirilib ki, bu addım şirkətin quru müdafiə sahəsində aparıcı və tam inteqrasiya olunmuş istehsalçı kimi mövqeyini gücləndirmək strategiyasının mühüm hissəsidir. Sözügedən razılaşma nəticəsində “Leonardo” həm tırtıllı, həm də təkərli platformaları əhatə edən məhsul portfelini daha da genişləndirəcək.




