“Leonardo” şirkəti “Carabinieri” Təhlükəsizlik Təşkilatına AW119Kx tədarük edəcək

“Leonardo” şirkəti “Carabinieri” Təhlükəsizlik Təşkilatına AW119Kx tədarük edəcək

İtaliyanın “Leonardo” və “Carabinieri” Təhlükəsizlik Təşkilatı arasında AW119Kx helikopterlərinin alqı-satqısı ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” “Leonardo”ya istinadən xəbər verir ki, müqaviləyə əsasən şirkət “Carabinieri” Təhlükəsizlik Təşkilatı 20 ədəd AW119Kx tədarük edəcək.

Bildirilib ki, şirkət bu helikopterlərinin istehsalını və təhvil prosesini 2023-2026-cı illər aralığında həyata keçirəcək. Bundan başqa müqaviləyə helikopterlərin təmiri, texniki dəstəyi və onu istifadə edəcək heyətin təlimi məsələləri də daxildir.

AW119Kx helikopteri “Leonardo”nun tərkibinə daxil olan “Leonardo Helicopters” şirkəti tərəfindən istehsal edilir. Helikopter axtarış/xilasetmə, təcili tibbi yardım, patrul və bu kimi mülki məqsədli əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulub.

Helikopter bir ədəd “Pratt & Whitney” istehsalı olan PT6B-37A mühərriki ilə təchiz edilib ki, bu da ona maksimum 243 km/saat sürətlə uçmaq imkanı verir. AW119Kx-in şəxsi heyəti 1-2, sərnişin daşımaq bacarığı 6-7 nəfər, maksimum uçuş mənzili 945 kilometr və ehtiyat yanacaq olmadan havada qalma müddəti isə 5 saat 16 dəqiqədir.

Qeyd edək ki, AW119Kx helikopterinin hərbi məqsədlər üçün istifadə olunan AW119M variantıda mövcuddur.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş