
“Liatris Holdinq” hərbi hissəyə mobil səhra hamamı bağışlayıb
“Liatris Holdinq” tərəfindən cəbhə bölgəsində döyüşlərdə iştirak edən hərbi hissəyə səyyar mobil hamam və zəruri əşyalar hədiyyə olunub.
Bu barədə “AzeriDefence” news24.az saytına istinadən məlumat verib.
Nəqliyyat vasitəsi yedəyində quraşdırılmış səyyar mobil hamam və digər hədiyyələr hərbi hissənin zabitlərinə təhvil verilib.
Hərbi hissənin əsgərlərini Azərbaycanın haqq savaşında iştirakları münasibəti ilə təbrik edən “Liatris Holdinq”in rəhbəri Ruhi Əliyeva bildirib ki, bu gün bütün Azərbaycan xalqı əsgərinin yanındadır: “Bu haqq savaşında qələbə mütləq sənin olacaq. Doğma yurdlarımız məhz sənin sayəndə düşmən tapdağından azad olur. Mən bir azərbaycanlı xanım olaraq sənin üçün əlimdən gələni etməyə hazıram. İynənin ucu qədər Sənə dəstək olanda, sovqat göndərəndə özümü necə xoşbəxt və rahat hiss edirəm, bunu sənə sözlərlə anlatmağa acizəm. Özünü hiyləgər, şərəfsiz və alçaq düşməndən qoru Azərbaycanın rəşadətli əsgəri! Mənfur, cəllad düşmənə zərrə qədər rəhmin gəlməsin. Xocalı, Gəncə və Bərdənin qisasını döyüş meydanında al və bir an tərəddüd etmədən erməni cəlladlarını məhv et!”