“Litening LA” hədəfləmə podu ABŞ HHQ-nin istifadəsinə verilib

“Litening LA” hədəfləmə podu ABŞ HHQ-nin istifadəsinə verilib

“Northrop Grumman” korporasiyasının “Litening Large Aperture” (“Litening LA”) hədəfləmə podu ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsinə verilib.

“Poliqon” “Northrop Grumman”a istinadən xəbər verir ki, “Litening LA” hədəfləmə podu elektro-optik/infraqırmızı müəyyənləşdirmə və emal imkanlarında əhəmiyyətli təkmilləşdirmələri özündə birləşdirir.

ABŞ-ın “Northrop Grumman” korporasiyasının hazırladığı “Litening” hədəfləmə podu “Rafael” şirkətinin “Litening” podu əsasında inkişaf etdirilib. Hazırda “Northrop Grumman” tərəfindən onun “Litening G4”, “Litening II”, “Litening ER” (Extended Range), “Litening AT” (Advanced Targeting) və “Litening LA” versiyaları müştərilərə təqdim olunur. Hədəfləmə podları arasında ən çox tərcih ediləndənlərdən biri olan “Litening” üç milyondan çox əməliyyat və bir milyondan artıq döyüş saatına malikdir.

O, pilota uzun məsafələrdən hədəfləri aşkarlamağa, müəyyənləşdirməyə, izləməyə və onları tuşlamağa imkan verir. “Litening” istifadəçiyə dəqiq hədəfləmə, yaxın hava dəstəyi, ISR və bu kimi geniş spektrli missiyaları həyata keçirmək bacarığı qazandırır.

Onun əsas üstünlüklərindən biri pilotu yüksək dəqiqlikli rəqəmsal və rəngli videogörüntü ilə təmin edə bilməsidir. Bunun üçün hədəfləmə podu rəngli CCD, 1K MWIR və SWIR sensorlarından yararlanır, onların hər üçündən eyni vaxtda görüntülər alır.

“Litening” podunun əsas istifadəçisi ABŞ Silahlı Qüvvələridir. Bu pod ABŞ Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin aviasiya parkında yer alan AV-8B, A-10, B-52, C-12, C-130, F-15, F-16, və F/A-18 təyyarələrinə, eləcə də MQ-9 pilotsuz uçuş aparatına inteqrasiya olunub.

CATEGORIES
TAGS