Xəbərlər

Litva Hökuməti müdafiə sənayesi şirkətlərinə maliyyə yardımı edəcək

Litvanın Müdafiə Nazirliyi növbəti 10 ildə müdafiə sənayesində məhsulların yaradılması və istehsalı ilə məşğul olan şirkətlərə 15 milyon avro dəyərində yardım etməyi planlaşdırır. litva

“Azeri Defence”nin məlumatına görə, Litva Seyminin bu günlərdə “Milli müdafiə sisteminin və hərbi xidmətin təşkili haqqqında” qanuna etdiyi dəyişiklik Müdafiə Nazirliyinə təhlükəsizlik və müdafiə sahəsindəki təcrübi tədqiqatları və yenilikləri maliyyələşdirməyə səlahiyyət verib.

Maliyyə yardımı yeni yaradılmış və beynəlxalq müdafiə sənayesi bazarına çıxmağa çalışan şirkətlərə veriləcək və işlər yeni yaradılmış Müdafiə İnvestisiya Fondu tərəfindən əlaqələndiriləcək.

 

Back to top button