
Litva NASAMS ZRK-ləri Ukraynaya gələn ay təhvil verəcək
Litva NASAMS zenit-raket komplekslərini (ZRK) Ukraynaya cari ilin sentyabr ayında təhvil verəcək.
“Poliqon” xəbər verir ki, bunu Litvanın prezidenti Gitanas Nauseda Ukraynanın prezidenti Vladimir Zelenski ilə görüşü zamanı deyib.
O bildirib ki, Litva Ukraynaya uzunmüddətli hərbi dəstək planını təsdiqləyib və onun dəyəri təxminən 200 milyon avro təşkil edir.
TAGS NASAMS