Litva Ordusu “Spike-LR” raketin son partiyasını alıb
Litva Silahlı Qüvvələri “Eurospike GmbH” şirkətinin istehsalı olan “Spike-LR” tank əleyhinə idarə olunan raketin (TƏİR) son partiyasını təhvil alıb.
Bu barədə “Poliqon” NATO Dəstək və Satınalma Agentliyinə (NSPA) istinadən xəbər verib.
Litva Ordusuna “Spike-LR” TƏİR-in tədarükü NSPA ilə Litva adından layihəni icra edən Birgə Silah Əməkdaşlıq Təşkilatı (OCCAR) arasında imzalanmış müqavilə çərçivəində həyata keçirilib.
“Spike-LR” tank əleyhinə raketlər Litva Ordusunun “Vilkas” adı ilə tanınan BOXER piyadanın döyüş maşınlarına inteqrasiyası ediləcək.
Qeyd edək ki, 15-dən çox NATO müttəfiq ölkələri “Spike-LR” və ya “Spike-LR 2″ TƏİR sistemlərindən istifadə edir.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər