Müdafiə
Livan Braziliyadan “Guarani” piyada döyüş maşını alıb

Livan Silahlı Qüvvələri (LAF) Braziliyadan VBTP-MR “Guarani” (Viatura Blindada de Transporte de Pessoal) piyadaların döyüş maşını alıb.
“AzeriDefence”in məlumatına görə, “İveco” şirkətinin istehsalı olan VBTP-MR “Guarani” transportyoru Livanda keçirilən hərbi paradda nümayiş etdirilib.
2015-ci ildə Livan və Braziliya arasında VBTP-MR “Guarani” transportyorunun istehsalına dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən Livan Silahlı Qüvvələri 10 ədəd “Guarani” alıb.
EE-11 “Urutu” zirehli döyüş maşının əvəz edilməsi üçün təkmilləşdirilmiş VBTP-MR “Guarani” 6×6 təkər formuluna malikdir.




