“Lockheed Martin” 900-cü THAAD tutucu raketini sifarişçiyə təhvil verib

“Lockheed Martin” 900-cü THAAD tutucu raketini sifarişçiyə təhvil verib

“Lockheed Martin” şirkəti 900-cü THAAD (“Terminal High Altitude Area Defense”) tutucu raketini ABŞ-ın Raketdən Müdafiə Agentliyinə (MDA) təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə “Lockheed Martin” şirkəti məlumat yayıb.

THAAD hava hücumundan müdafiə (HHM) sistemi qısa və orta mənzilli ballistik raket təhdidlərinin qarşısını almaq üçün hazırlanıb. Döyüş şəraitində sınaqdan keçmiş THAAD hava hədəflərini həm atmosfer daxilində, həm də atmosfer xaricində zərərsizləşdirə bilən yeganə ABŞ istehsalı sistemdir.

HHM sistemində istifadə olunan THAAD tutucu raketi 200 km uzaqlıqdakı və 150 km hündürlükdəki hədəfləri vurmağa qadirdir. Tutucu raket hədəfi başlıqlar vasitəsilə deyil, birbaşa fiziki toqquşma ilə məhv edir ki, bu da onun effektivliyini artırır.

Hazırda yeddi THAAD batareyası ABŞ Ordusunda aktiv şəkildə xidmət göstərməkdədir.

CATEGORIES