
ABŞ-ın “Lockheed Martin” şirkəti Alabama ştatının Kortland şəhərində yerləşən yeni “Missile Assembly Building 5” (MAB-5) istehsal müəssisəsinin açılışını həyata keçirib.
“Poliqon”un “Lockheed Martin”ə istinadən verdiyi xəbər görə, təxminən 88 min kvadrat fut sahəyə malik olan bu müəssisə ABŞ-ın Raketdən Müdafiə Agentliyi üçün “Next Generation Interceptor” (NGI) raketlərinin istehsalında istifadə ediləcək.
Bildirilib ki, yeni müəssisə ABŞ-ın çoxqatlı raketdən müdafiə arxitekturasını gücləndirəcək.
MAB-5 zavodu “Lockheed Martin”in qabaqcıl rəqəmsal istehsal texnologiyaları və ağıllı istehsal proseslərini bir araya gətirir. Burada tətbiq olunan “rəqəmsal əkiz” (digital twin) yanaşması layihələndirmədən istehsala və texniki dəstəyə qədər bütün mərhələlərdə risklərin azaldılmasına imkan yaradır. Avtomatlaşdırma və məlumatlara əsaslanan iş prosesləri məhsulların sabit və yüksək keyfiyyətlə istehsalını təmin edir.
Qeyd olunub ki, rəqəmsal mühəndislik və müasir istehsal texnologiyalarını birləşdirən bu müəssisə, keyfiyyət və etibarlılıq üzrə ən yüksək standartları qorumaqla yanaşı, istehsal proseslərini sürətləndirmək məqsədilə inşa edilib.




