“Lockheed Martin” korporasiyası “OpFires” raket kompleksini nümayiş etdirib

“Lockheed Martin” korporasiyası “OpFires” raket kompleksini nümayiş etdirib

ABŞ-ın “Lockheed Martin” korporasiyası ABŞ Ordusunun “Operational Fires” (OpFires) proqramı çərçivəsində hazırlanan yer bazalanmalı hipersəs silahları sisteminin yeni görüntüsünü nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, proqrama əsasən “OpFires” kompleksinin beş oxlu çoxməqsədli təkərli PLS (Palletized Load System Logistic Vehicle System Replacement (LVSR) United States Marine Corps (USMC)) şassisi üzərində yerləşdirilməsi planlaşdırılır.

Buraxma qurğusu üç ədəd hipersəs raket blokunu daşıyacaq. Döyüş başlığı vizual olaraq oxşardır və çox güman ki, hava bazalanmalı AGM-183A ARRW hipersəs raketinin analoqudur.

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqatlar Layihələri İdarəsinin (DARPA – Defense Advanced Research Projects Agency) planlarına görə, “OpFires” kompleksini hazır layihəsin cari ilin sonunda baxılacaq və bundan sonra prototipin yığılmasına başlanılacaq.

Raketin uçuş sınaqlarına 2022-ci ildə başlanması planlaşdırılır.

hipersəs1

Hipersəs raketlərin mobil yerüstü buraxma qurğusu

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS