Müdafiə
Londonda müdafiə nazirlərinin görüşü keçirilir

Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edir.
Tədbir Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon tərəfindən keçirilir.
Bu görüş ötən ilin sentyabrında BMT-nin baş katibi Pan Gi Mun və ABŞ Prezidenti Barak Obama tərəfindən 50-ə yaxın ölkə başçısı ilə dünyada sülhməramlılğın qorunmasına dair keçirilən görüşün davamı və bu sahədə görülən qlobal işlərin daha da sürətləndirilməsi xarakteri daşıyır.
Görüşdə 80-ə yaxın ölkənin müdafiə naziri iştirak edir.



