
“Loyal Wingman” PUA-nın ilk sınaqları keçirilib
“Boeing Australia” şirkəti və Avstraliya müdafiə sənayesi mütəxəsislərinin birgə hazırladığı “Loyal Wingman” pilotsuz uçuş aparatının (PUA) ilk sınaq uçuşları keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə “Boeing” şirkəti məlumat yayıb.
Məlumatda bildirilib ki, “Boeing” şirkətinin və Avstraliya Hərbi Hava Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Loyal Wingman” PUA-nın uşuş sınaqları uğurla nəticələnib.
Dizayn olunmasından ilk test uçuşlarına qədər 3 il yaradılma prosesi keçən “Loyal Wingman” PUA-nın yerdən idarəetmə, naviqasiya və pilot interfeysi sistemlərinin sınaqları tamamlanıb.
Qeyd edək ki, “Boeing Australia” şirkəti “Boeing”in ABŞ xaricindəki ən böyük bölməsidir.
CATEGORIES Xəbərlər