Mədət Quliyev: Yerli istehsal olan silahlar Vətən müharibəsində sınaqdan uğurla keçdi

Yerli istehsaldan olan müasir silah və sursatlar, hərbi texnika məhz 44 günlük Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi.
“Poliqon” xəbər verir ki, bu barədə müdafiə sənayesi naziri Mədət Quluyev “Respublika” qəzetində gedən yazısında qeyd edib.
Müdafiə sənayesi naziri Mədət Quliyev gərgin döyüşlərin getdiyi dövrdə birlik və müəssisələrin fasiləsiz iş rejimində çalışdığını bildirib: “Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılmışdı. İşğalçılar Azərbaycan torpaqlarından qovularkən Ali Baş Komandanın obrazlı şəkildə işlətdiyi məşhur ifadənin ölkəmizdə və dünyada böyük əks-səda doğurduğu vaxtda seriyalı istehsalına başladığımız, qanadları üzərinə İTİQOVAN yazılmış pilotsuz uçuş aparatları ordumuzun istifadəsindədir”.




