Macarıstan əlavə “Gripen” döyüş təyyarələri alır
İsveçin “Saab” şirkəti Macarıstan Hərbi Hava Qüvvələrinə (HHQ) 4 ədəd JAS-39 “Gripen” C/D döyüş təyyarəsi tədarük edəcək.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bunun üçün Macarıstan Müdafiə Nazirliyi ilə İsveç Müdafiə Avadanlıqları İdarəsi arasında müqavilə imzalanıb.
Qeyd edək ki, hazırda Macarıstan HHQ-nin aviasiya parkında 14 ədəd “Gripen” C/D döyüş təyyarəsi yer almaqdadır.