Xəbərlər

“Magistr-SV” kompleksinin bu il qoşunlara seriyalı təchizatı başlayacaq

Hava Hücumundan Müdafiə qoşunları üçün nəzərdə tutulmuş müasir “Magistr-SV” avtomatlaşdırılmış idarəetmə kompleksi dövlət sınaqlarını tamamlayıb və Rusiya ordusunun təchizatı üçün qəbul edilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat verib.

“Roselektronika” holdinqi hava məkanında kəşfiyyat aparmaq və zenit sistemlərinin hərəkətlərini koordinasiya etmək üçün hazırlanmış yeni hava hücumundan müdafiə və idarəetmə kompleksinin seriyalı istehsalına başlayıb. Yeni modul, tətbiqi təcrübəsi nəzərə alınmaqla “Barnaul-T” HHM vasitələrinin avtomatlaşdırma kompleksinin əsasında hazırlanıb.

“Magistr-SV” perspektiv və silahlanmada duran zenit komplekslərinin HHM idarəetmə alt sisteminə inteqrasiya edilə bilir. Yeni kompleks hava hədəflərini aşkarlaya, tanıya və izləyə, həmçinin zenit sistemlərinin işini əlaqələndirə bilən optik-elektron stansiya ilə təchiz edilib.

“Veqa” konserninin baş direktoru Vyaçeslav Mixeyev bildirib ki, “Unifikasiya edilmiş modul keyfiyyətcə yeni hava məkanı kəşfiyyat vasitələrini – optik-elektron stansiyanı, portativ optik-elektron müşahidə cihazını, kiçik ölçülü radiolokasiya aşkarlayıcısını və radiotexniki kəşfiyyat stansiyasını əhatə edir”.

Məlumatda yeni kompleks üçün müxtəlif hava hədəflərinin optik xassələri və təbii maneələrin şüalanmasının xüsusiyyətləri cəmlənmiş xüsusi bazanın yaradıldığı vurğulanır.

Bildirilir ki, “Magistr-SV” kompleksinin qoşunlara seriyalı təchizatı bu il başlayacaq.

Əhəd Əzizov

Poliqon.az

Back to top button