Mədət Quliyev BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri ilə görüşüb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2021” sərgisində Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyevin BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd ibn Əhməd əl Bouvardi ilə görüşü keçirilib.
Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Azərbaycan ilə BƏƏ arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın zərurəti vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iki ildən bir təşkil olunan “Dubai Airshow 2021” sərgisində dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlıqları, PUA və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan 1000-ə yaxın şirkət iştirak edir.





