
Mədət Quliyev Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Dereni medalla təltif edib
Mayın 26-da Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Dere ilə görüşüb.
Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mədət Quliyev Muhsin Dereni “Müdafiə Sənayesi Sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə təltif edərək iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq əlaqələrinin bundan sonra da daha sıx davam edəcəyinə əminliyini bildirib.
CATEGORIES Xəbərlər