Mərakeş Türkiyədən korvet və hücum katerləri almaq istəyir
Mərakeş Türkiyədən 7 ədəd “Kılıç” sinif hücum kateri və 1 ədəd ADA sinif korvet almaq üçün danışıqlar aparır.
“Poliqon” “Savunmasanayist”ə istinadən xəbər verir ki, tərəflər arasında korvet və hücum katerlərinin alqı-satqısına dair danışıqlar 2021-ci ilin oktyabrından başladılıb.
Mümkün sövdələşmə qiymətinin 222 milyon ABŞ dolları olduğu bildirilir. Tədarük ediləcək hücum katerlərinin Kılıç-II sinfi olacağı iddia edilir.
İddialar təsdiqlənərsə, bu satışla Mərakeş Pakistan və Ukraynadan sonra Türkiyədən MİLGEM ADA sinif korvetləri alan üçüncü xarici ölkə olacaq.
Qeyd edək ki, Türkiyə Ordusunun donanmasında hazırda 9 ədəd “Kılıç” I/II sinif hücum kateri var.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər