“Mercedes-Benz”in “Bison”ları Əfqanıstanda Bundesverə xidmət edəcək

“Mercedes-Benz” Bundesverə sifariş üzrə 12 ədəd “Bison” ağır evakuasiya maşınlarını çatdırıb. “AzeriDefence” saytının məlumatına görə, ilk maşınlar çatdırılmadan dərhal sonra, döyüş tapşırıqlarını yerinə yetirmək üçün yanvarda Əfqanıstana göndərilib. Maşınlar Qunduz və Məzari-Şərifdə istifadə olunur.

Yeni ağır evakuator “Mercedes-Benz Actros 4151 AK” 8×8 təkər sisteminə malıkdir, sipər avadanlığı və qoşqusu var. Almaniya ordusunda “Bison” adını alıb. Ümumi çəkisi 48 tondur. Maşın 503 at gücünə malik dizel mühərriklə hərəkətə gətirilir. 85 km/saat maksimal surəti, yedək əməliyyatının icrası zamanı isə 80 km/saata qədər sürəti təmin edir.

“Bison”un kabinəsi heyətin atıcı silahların güllələrindən və əldəqayırma partlayıcı qurğulardan (İED) mühafizəsini təmin edir. Maşının ağır qapıları hidravlik təsirlə açılıb bağlanır.

KATEQORIYA: