“Merkava” dünyanın ən yaxşı tankı kimi tanına bilər

İsrail ordusunun əsas döyüş tankı “Merkava” gələcəkdə ən sürətli hücum tankı ola bilər.

“Poliqon” xarici mediaya istinadən xəbər verir ki, modernləşdirilmiş “Merkava” 120 mm-lik topla, o cümlədən RPQ əleyhinə inkişaf etmiş aktiv müdafiə sistemi ilə təchiz edilib. Modernizasiya nəticəsində “Merkava” ağır tank rolunu oynaya bilir, eyni zamanda bortunda piyada aparır.

Hərbi hesabatların birində “Merkava” tankının helikopterləri məhv etmək üçün raketlər malik olması və yenilikçi tank hücum qabiliyyətlərinə diqqət çəkilir. Tank Mütəmadi olaraq inkişaf etdirilən və təkmilləşdirilən “Merkava” tankı döyüşdə özünü yaxşı tərəfdən göstərib. Əsas yeniliklərdən biri “Trophy” aktiv müdafiə sistemidir. Onunla yüksək sürətli prosessorlar, atəşi idarəetmə sistemləri, yaxınlaşan tank əleyhinə raketləri və düşmənin RPQ qumbaralarını aşkar etmək, izləmək və məhv etmək üçün sensorlar inteqrasiya olunub.

İsrail tankının silahlanmasında daha ağır tank əleyhinə raketlərin mövcudluğunu da qeyd etmək yerinə düşər ki, bunlar da digər müasir tanklardan xeyli böyük atış məsafəsinə sahibdir.

“Merkava” özünün tank əleyhinə silahlarının köməyi ilə düşmənin zirehli maşınlarını böyük məsafədə məhv edə bilir. Ayrıca, tank, Yaxın Şərqdəki müasir qarşıdurma kontekstində çox vacib olan düşmən piyada qruplarına qarşı səmərəli işləmə qabiliyyətinə malikdir.

Düşmən piyada bölmələri ilə mübarizə baxımından “Merkava”nın ölümcül qabiliyyəti, qüllədən atəş aça bilən, görmə xəttindən kənar hədəflərə – divarın arxasına və ya təpənin başqa yamacına düşə bilən 60 mm yüngül minaatan ilə artır. Nəticədə, tank heyəti əsas silah potensialından belə istifadə etmir. “Merkava” tankı əla bir taran kimi çıxış edə bilər.

Mütəxəssislər hesab edir ki, bu üstünlüklərinə görə, İsrailin “Merkava” tankı dünyanın ən yaxşısı kimi tanına bilər.

Xatırladaq ki, “Merkava”, İsraildə yaradılan və istehsal olunan əsas döyüş tankıdır. İlk seriyalı “Merkava Mk.1” tankı 1979 -cu ildə istehsal edilib. Tankın sonuncu modifikasiyası isə “Merkava Mk.4” tankıdır.

Tank əvvəlcə tank və zirehli transportyorun birləşməsi olaraq düşünülüb. Buna görə də onun quruluşu Sovet piyadanın döyüş maşınının (PDM) quruluşunu təkrarlayır: mühərrik və transmissiya gövdənin ön hissəsində yerləşir (lakin bütün eni boyunca deyil – sol tərəfdə sürücü-mexanik üçün üçün yer nəzərdə tutulub). Arxada altı nəfər desantın daşınması üçün bölmə var. Desant bölməsinin arxa tərəfində zirehli qapı var ki, bu da desantın, eləcə də kritik vəziyyətlərdə heyətin tankı arxa tərəfdən tərk etməsinə imkan verir.

Tank həm “Trophy” aktiv müdafiə sistemi, həm də NERA (Non Explosive Reactive Armor) tipli dinamik müdafiə ilə təchiz edilib. Silahlanmasına əsas silah olaraq 105 mm-lik M68 topu (“Merkava” Mk.1 və Mk.2 tankları) və ya 120 mm MG251 (“Merkava” Mk.3) və MG253 topu (“Merkava” Mk.4), köməkçi silah olaraq 2 ədəd 7,62 mm-lik FN MAG pulemyotu (bəzi tanklarda həmçinin 1 ədəd 12,7 mm-lik M2HB pulemyotu) və əlavə silah olaraq 60 mm-lik minaatan daxildir.

mk1

“Merkava Mk.1” tankı

mk2

“Merkava Mk.2” tankı

mk3

“Merkava Mk.3” tankı

mk4

“Merkava Mk.4” tankı

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES