Mi-171A2 helikopterinin yeni bort avadanlığı təqdim edilib
Rusiyanın “Aviacihazqayırma” şirkətlər qrupu HeliRussia-2012 sərgisində Mi-171A2 helekopteri üçün hazırlanmış KBO-17 bort avadanlıqlarını təqdim edib.“AzeriDefence”nin məlumatına görə, yeni kompleks helekopterlərdə “şüşə kabinə” prinsipi tətbiq olunacaq.
KBO-17 avadanlığına pilot-naviqasiya informasiya və bort sisteminə 6×8 düym ölçülərində 4 maye kristallar ekran daxildir. Həmin avadanlığın köməyi ilə helikopterin ön və arxa tərəflərindən görüntülər aşkar edilə bilir.
Yeni kompleksdə GLONASS/GPS ikikanallı rəqəmsal avtopilot da mövcuddur. Yeni kompleksə keçməklə ekipajın sayını iki nəfərə, pultun sayını isə 8-dən 3-dək ixtisar etmək mümkün olacaq.
Yeni avadanlıq axtarış-xilasetmə işlərinin həyata keçirən helikopterlərlə yanaşı döyüş helikopterlərinə də qurula biləcək.
Hazırda ilk sınaqları keçirilən KBO-17-nin Mi-171A2-nin üzərinə qoyulacaq. Helikopter hazırda tamamlama prosesinin həyata keçirilməsi mərhələsindədir.
Mi-171A2 daha güclü VK-2500PS elektron sistemli mühərriklə də təmin olunacaq. Layihəyə görə, Mi-171A2-nin uçuş məsafəsi yanacağın həcminə görə, 850 km-dir. Yüklə birgə çəkisi isə 5 tondur.