MİLGEM freqatları ASELSAN-ın döyüş sistemləri ilə təchiz ediləcək

MİLGEM freqatları ASELSAN-ın döyüş sistemləri ilə təchiz ediləcək

MİLGEM layihəsi əsasında inşa edilən 6-cı, 7-ci və 8-ci gəmilər üçün döyüş sistemlərinin tədarük olunmasına dair ASELSAN, TAIS və STM şirkətləri arasında 8.2 milyard TL (285.5 milyon avro) dəyərində müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.

Qeyd olunub ki, sözügedən müqavilə çərçivəsində tədarüklər 2024-2026-cı illər ərzində həyata keçiriləcək.

CATEGORIES
TAGS