Misir Cənubi Koreya ilə birgə K9 “Thunder” istehsal edəcək

Misir Cənubi Koreya ilə birgə K9 “Thunder” istehsal edəcək

Misir və Cənubi Koreya arasında 155 mm-lik K9 “Thunder” özüyeriyən artilleriya qurğularının (ÖAQ) birgə istehsalına dair müqavilə imzalanıb.

“Poliqon”un məlumatına görə, Cənubi Koreyanın “Hanwha Defence” şirkətinin istehsalı olan K9 “Thunder” ÖAQ-ın baza platforması əsasında hazırlanacaq yeni haubitsalar K9A1 EGY adlandırılacaq.

K9 “Thunder” özüyeriyən haubitsa Cənubi Koreyanın “Hanwha Defence” şirkəti ilə Misirin Hərbi İstehsal Nazirliyinə bağlı olan şirkətlər tərəfindən birgə istehsal ediləcək.

Daha əvvəl Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı Administrasiyası (Defense Acquisition Program Administration – DAPA) Misirə 2 trilyon von (1,65 milyard ABŞ dolları) dəyərində K9 haubitsalarının satışına dair müqavilənin imzalandığını bildirmişdi.

Qeyd edək ki, K9 “Thunder” özüyeriyən haubitsalar Cənubi Koreya ilə yanaşı Türkiyə, Polşa, Hindistan, Norveç, Finlandiya, Estoniya və Avstraliya Ordusunda yer alır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS