
Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən istehsal edilmiş müxtəlif tipli hərbi məhsullar müştərilərə çatdırılıb.
MKE-dən “Poliqon”a verilən məlumata görə, bununla şirkət başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv məhsullar təqdim edərək sektora və ölkəyə töhfə verir.
Son bir həftə ərzində MKE tərəfindən çatdırılan məhsullar:
Türkiyə Quru Qoşunları Komandanlığına: 155 mm-lik sursatlar üçün partlayıcı barıt.
Hərbi Zavodlar Baş İdarəsinə: 155 mm-lik özüyeriyən artilleriya qurğusu silah sistemi.
Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına: 7.62 mm-lik patron.
Jandarma Baş Komandanlığına: KNT-76J snayper tüfəngi.
BMC şirkətinə: ehtiyat hissə.







