TəlimXəbərlər

MKE-nin milli imkanlarla hazırladığı silah sistemləri EFES-2026-da istifadə olunur

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkətinin yerli və milli imkanlarla hazırladığı sistemlər EFES-2026 təlimində istifadə olunur.

MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkətin quru, hava və dəniz qüvvələri üçün inkişaf etdirdiyi geniş məhsul portfeli EFES-2026 çərçivəsində döyüş meydanındakı effektivliyini bir daha nümayiş etdirir.

MKE tərəfindən hazırlanan TOLGA yaxın hava hücumundan müdafiə sistemi, BORAN yüngül yedəkdə daşınan haubitsası, FIRTINA özüyeriyən artilleriya qurğusunun (ÖAQ) silah sistemi, 35 mm-lik silah sistemi, aviasiya bombaları, avtomatlar, snayper tüfəngləri və müxtəlif çaplı döyüş sursatları təlim çərçivəsində aktiv şəkildə istifadə olunur.

“Polad Qübbə”nin mühüm zərbə elementləri arasında yer alan 35 mm-lik silah sistemi başda olmaqla MKE-nin bir çox kritik sistemi Türkiyənin laylı hava hücumundan müdafiə arxitekturasına güc qazandırır. Yaxın HHM imkanlarından uzaqmənzilli atəş dəstəyinə, tank silah sistemlərindən aviasiya sursatlarına qədər müxtəlif sahələrdə istifadə olunan MKE məhsulları EFES-2026 təliminin müxtəlif mərhələlərində Türkiyə Silahlı Qüvvələrinin əməliyyat imkanlarına dəstək verir.

5.56 mm-lik patronlardan 155 mm-lik artilleriya mərmilərinə, tank sursatlarından raket döyüş başlıqlarına, aviasiya bombalarından minaatan sursatlarına qədər geniş məhsul istehsal imkanlarına malik olan MKE, EFES-2026 təlimində həm silah sistemləri, həm də istifadə edilən sursatlarla əsas zərbə qüvvələrindən biri kimi ön plana çıxır.

Back to top button