QuruXəbərlər

MKE son bir ayda Türkiyə Silahlı Qüvvələrinə müxtəlif silah və sursatlar çatdırıb

MKE şirkəti son bir ay ərzində Türkiyə Silahlı Qüvvələri və müdafiə sənayesi tərəfdaşlarına müxtəlif silah, sursat və avadanlıqların tədarükünü həyata keçirib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, Türkiyənin müdafiə sənayesində tam müstəqillik hədəfi istiqamətində strateji istehsal infrastrukturunu genişləndirən şirkət, istehsal gücünün artırılması məqsədilə həyata keçirilən 1,5 milyard dollarlıq investisiya proqramı çərçivəsində yeni istehsal xətləri istifadəyə verib və modernizasiya işləri həyata keçirib.

Bildirilib ki, energetik materiallardan sursata, silah sistemlərindən raket texnologiyalarına, aviasiya bombalarından KBRN mühafizə vasitələrinə qədər geniş məhsul çeşidində istehsal imkanlarını artıran MKE son bir ay ərzində təhlükəsizlik qüvvələrinə və müdafiə sənayesi tərəfdaşlarına müxtəlif sayda və çapda məhsullar çatdırıb.

Təhlükəsizlik qüvvələrinə:

  • MPT-76MH avtomatı;
  • 5,56 mm və 9 mm-lik patronlar;
  • 25 mm-lik sursat;
  • 81 mm-lik minaatan sursatı;
  • 107 mm-lik raket;
  • 122 mm-lik yaylım atəşli reaktiv sistem (YARS) üçün raket;
  • 120 mm-lik minaatan sursatı№
  • Müxtəlif xüsusiyyətlərə malik artilleriya alışdırıcıları;
  • 155 mm-lik haubitsa sursatı üçün modulyar barıt sistemi;
  • 155 mm-lik sursat üçün detonator;
  • JMK “Bora-12” snayper tüfənginin ehtiyat hissələri.

Müdafiə sənayesi tərəfdaşlarına:

  • SR10 və “Nəfəs” qaz maskaları;
  • “Fırtına” özüyeriyən artilleriya qurğuları üçün avadanlıqlar;
  • 107 mm-lik raket alışdırıcıları.
Back to top button