
Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən istehsal olunan müxtəlif tipli hərbi məhsullar müştərilərə çatdırılıb.
Bununla şirkət başda Türkiyə Silahlı Qüvvələri olmaqla beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv məhsullar təqdim edərək müdafiə sənayesinə və ölkə iqtisadiyyatına töhfə verməyə davam edir.
Son bir həftə ərzində Quru Qoşunları Komandanlığına 155 mm-lik sursatlar üçün partlayıcı barıt, Hərbi Hava Qüvvələri Komandanlığına isə MK 84 aviabombası təhvil verilib.





