MKEK baş direktoru əməkliyə ayrıldı

Önsipahioğlu yayımladığı mesajda Azərbaycan və Pakistanın müdafiə sənayesi nazirlərinə təşəkkürlərini ifadə edibTürkiyənin Makina və Kimya Sənayesi Təşkilatının (MKEK) baş direktoru Ünal Önsipahioğlu fevralın 13-dən tutduğu vəzifədən təqaüdə çıxıb. Bu barədə “AzeriDefence”yə MKEK-dən məlumat verilib.

Ü. Önsipahioğlu 2005-ci il aprel ayının 1-dən MKEK-in baş direktoru vəzifəsində çalışıb. İstefada olan general-leytenant olub.

Ü. Önsipahioğlunun şirkətə rəhbərlik etdiyi dövrdə MKEK bir sıra böyük layihələrə imza atıb. MKEK-in ixracatı 4 mln. ABŞ dollarından 70 mln. ABŞ dollarına qalxıb.

İlk dəfə Azərbaycana 2007-ci ilin mart ayında səfər edən Ü. Önsipahioğlu sonrakı dövrlərdə bir neçə dəfə Bakıda olub. Onun rəhbərliyi dönəmində MKEK və Azərbaycan hərbi müəssisələri arasında əlaqələr güclənib, bir sıra müqavilələr imzalanıb.

Əməkliyə ayrılması münasibəti ilə yayımladığı mesajda isə o, vəzifədə olduğu müddətdə çalışdığı Türkiyə rəsmiləri ilə yanaşı Azərbaycan və Pakistanın müdafiə sənayesi nazirlərinə təşəkkürlərini ifadə edib.

KATEQORIYA: