“Turkish Aerospace Azerbaijan” şirkətinin nizamnamə kapitalı azaldılıb

“Turkish Aerospace Azerbaijan” şirkətinin nizamnamə kapitalı azaldılıb

TUSAŞ şirkətinin Azərbaycandakı törəməsi olan “Turkish Aerospace Azerbaijan”ın nizamnamə kapitalı 3 dəfə azaldılıb.

“Poliqon” xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Vergi Xidmətinin “Vergilər” onlayn qəzetində “Turkish Aerospace Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin elanı paylaşılıb.

““Turkish Aerospace Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 1,500,000 ABŞ dollarından 500,000 ABŞ dollarına azaldıldığını elan edir. Kreditorlar tələblərini bir ay müddətində AZ1073, Bakı ş., Yasamal ray., H.Cavid pr., ev 25 ünvanına bildirə bilərlər”, – deyə elanda bildirilib.

CATEGORIES
TAGS