MMU-da “Çin dili” kursunun açılış mərasimi keçirilib
Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində “Çin dili” kursunun açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Poliqon”a verilən məlumata görə, mərasimdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Din Tao, hərbi attaşesi Van Ley və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər iki ölkə arasında əlaqələrin hər keçən gün möhkəmlənməsindən, Çin dilinin hərbi sahədə əlaqələrin inkişafına verəcəyi töhfələrdən bəhs edib, kurs iştirakçılarına uğurlar diləyiblər.
Milli Müdafiə Universitetində keçirilən “Çin dili” kursu cari ilin dekabr ayının 30-dək davam edəcək.