Xəbərlər
MN: Azərbaycan Ordusu mülki şəxsləri atəşə tutmur

Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisindəki kəndlərin və əhalinin guya atəşə tutulması xəbərini təkzib edirik.
“Poliqon” xəbər verir ki, Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarında bildirib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları beynəlxalq humanitar hüquq prinsiplərinə riayət edərək qeyri-hərbi obyektləri və mülki şəxsləri atəşə tutmur.




