MN: Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri atəşə tutur

MN: Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri atəşə tutur

Azərbaycan Ordusunun bölmələrinin guya erməni mülki əhaliyə təhlükə yaratması barədə Ermənistan tərəfinin yaydığı məlumatın heç bir əsası yoxdur.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatına qarşı zəruri cavab tədbirləri görür və yalnız legitim hərbi hədəfləri atəşə tutur.

CATEGORIES